Beynəlxalq Qüds Günü ilə bağlı tədbir keçirilib
01 İyul 2016, 17:00 (GMT +4)
Bakı, 1 iyul, SalamNews, M.Sadiq. Bu gün bir çox islam ölkələri İsrail dövləti tərəfindən işğal edilmiş Fələstin torpaqlarının azad edilməsi üçün Beynəlxalq Qüds Gününü qeyd edir.
SalamNews xəbər verir ki, Azərbaycan İslam Partiyası da bu günlə bağlı Bakıda tədbir təşkil edib.
Tədbirdə ilahiyyatçı alimlər, ziyalılar, ağsaqqallar, siyasətçilər, o cümlədən inanclı insanlar iştirak ediblər.
|