Bakıda ABŞ-ın müstəqillik günü qeyd edilib
02 İyul 2016, 13:56 (GMT +4)
Bakı, 2 iyul, SalamNews, A.Kərimov. ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 240-cı ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib. Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
SalamNews xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. O xatırladıb ki, 1776-cı il iyulun 4-də ABŞ-ın müstəqillik bəyannaməsinin imzalandığı gündür.Maliyyə naziri Samir Şərifov Azərbaycan hökuməti adından Amerika xalqını milli bayram münasibətilə təbrik edib.
|