Şəki və Oğuzun incəsənət nümunələri Bakıda təqdim olunub
26 Avqust 2016, 12:24 (GMT +4)
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni yaradılmış Bakı şəhəri, Nizami küçəsində yerləşən təsviri sənət məkanında Şəki və Oğuz rayonlarının incəsənət nümunələri təqdim olunub.
SalamNews xəbər verir ki, tədbirdə Şəki rayonunu təmsil edən Ələfsər Şəkili adına “Zurnaçılar” ansamblı, “Muğam üçlüyü” və Oğuz rayonunun “Bayram” zurnaçılar ansamblı konsert proqramı ilə çıxış ediblər.
Tədbir çərçivəsində qeyd olunan rayonlarda yaşayan sənət adamlarının əl işlərindən ibarət sərgi-yarmarka da təşkil olunub. Sərgidə Şəki rayonundan 250, Oğuz rayonundan isə 80-dək sənət əsəri nümayiş edilib.
|