Bakıda növbəti "Quran Gecəsi" keçirilib
30 Avqust 2016, 08:13 (GMT +4)
Bakıdakı "Hacı Cavad" məscidində növbəti "Quran Gecəsi" keçirilib.
SalamNews xəbər verir ki, mərasimda Quran qariləri, ziyalılar, ağsaqqallar, o cümlədən ilahiyyatçı-alimlər iştirak ediblər.
İlk öncə çıxış edən məscidin axundu, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov bildirib ki, hər ay təşkil olunan bu mərasimlərdə məqsəd insanların Qurana olan marağını, məhəbbətini daha da artıqmaqdır: "Ümid edirik ki, valideynlər də öz övladlarına Quranın öyrədilməsi üçün bu məclisləri fürsət bilərlər. Çünki müsəlmanlar Quranı bilməli və daim Quranla təmasda olmalıdırlar."
Daha sonra Quran qariləri müqəddəs kitabdan müxtəlif surələri tilavət ediblər.
|