Bakıda Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib
01 Sentyabr 2016, 19:19 (GMT +4)
Bakı, 2 sentyabr, SalamNews. Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.
SalamNews xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
|