Bakı metrosunda milli musiqi günü qeyd olunub
18 Sentyabr 2016, 20:52 (GMT +4)
18 Sentyabr – Milli Musiqi Günü münasibəti ilə metropolitendə növbəti sosial layihə həyata keçirilib. Bu əlamətdar günlə əlaqədar “Bakı Metropoliteni” QSC-nin həyata keçirdiyi növbəti sosial layihə çərçivəsində “İçərişəhər”, “28 May” və “Elmlər Akademiyası” stansiyalarında sərnişinləri canlı musiqi ifası qarşılayıb.
Stansiyaların əsas vestibüllərində sərnişinləri Azərbaycan Dövlət Konservatoriyasının və Bakı Musiqi Akademiyasının musiqi kollektivlərinin ifası feyziyab edib.
|