IT STEP akademiyası ictimaiyyətə təqdim olunub
19 Sentyabr 2016, 18:53 (GMT +4)
9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılan IT STEP akademiyası ictimaiyyətə təqdim olunub.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, millət vəkilləri, IT şirkətlərinin rəhbərləri, təhsil ekspertləri və KİV nümayəndələri iştirak ediblər.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, IT STEP akademiyası “Maksimum təcrübə, minimum nəzəriyyə” prinsipi əsasında təşkil olunub və tədris bu gün ən aktual, yüksək məvacibli peşələrə yiyələnmək istəyənlər üçün maraqlı imkanlar açır. F.Mustafayev qeyd edib ki, 9 nömrəli Bakı Peşə Liseyinin əsaslı təmir olunmuş tədris korpusunun bazasında fəaliyyət göstərəcək akademiyada 8 yaşından 55 yaşınadək 2100 şəxs təhsil ala biləcək.
|