Peşə təhsili üzrə yeni layihənin təqdimat mərasimi lub
22 Sentyabr 2016, 16:54 (GMT +4)
Sentyabrın 22-də Təhsil Nazirliyi və “British Petroleum”un təşkilatçılığı ilə “Kənd təsərrüfatı peşə təhsili üçün kurikulumların hazırlanması” Layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Krofts, BP şirkətinin regional prezidenti Qordon Birrell, Britaniya Şurasının (British Council) ölkə direktoru Elizabet Vayt iştirak ediblər.
Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabətlilik qabiliyyətinin artırmasını zəruri edir: “İxracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək və insan kapitalından səmərəli istifadə olunması kimi prioritetlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qarşımıza məqsəd kimi qoyulub. Bu prioritetlərdən çıxış edərək, iqtisadiyyatın ixtisaslı kadrlara olan tələbatının ödənilməsi və müasir iqtisadi çağırışlara çevik reaksiya verə biləcək peşə-ixtisas təhsili sisteminin formalaşdırılması Təhsil Nazirliyinin qarşısında duran əsas çağırışlardan biridir”.
|