“Müstəqilliyim, mənim yaşıdım” adlı bayram tədbiri keçirilib
18 Oktyabr 2016, 20:10 (GMT +4)
Bakı, 18 oktyabr, SalamNews, A.Kərimov. Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunmuş “Müstəqilliyim, mənim yaşıdım” adlı bayram tədbiri keçirilib
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri Məlahət İbrahimqızı, Madər Musayev, Kamaləddin Qafarov, Kamran Bayramov, Musa Qasımlı, Sevinc Fətəliyeva, Rayon İcra Hakimiyyətinin Aparatı, rayon İctimaiyyəti, ziyallılar, YAP-nın fəalları və gənclər iştirak etdilər.
|