Bakıda elmi jurnalların redaktorları üçün beynəlxalq seminar keçirilib
08 Noyabr 2016, 16:05 (GMT +4)
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Thomson Reuters”in birgə təşkilatçılığı ilə Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə tutulan “Web of Science” mükafatları-2016”nın təqdimetmə mərasimi olub. Fondun icraçı direktoru Elçin Babayev tədbirin mahiyyəti haqqında məlumat verib. Bildirilib ki, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmin aparıcı platforması olan “Web of Science” bazasının əsasında tərtib olunub. Analiz “Thomson Reuters” və Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb.
Sonra “Əsas” və “İnkişaf etməkdə olan” nominasiyaları üzrə beynəlxalq meyarlar əsas götürülməklə ən məhsuldar qurum, nüfuzlu elmi jurnal və alimlər təltif olunublar.
|