Bakıda İCF-nin konqresi işə başlayıb
24 Noyabr 2016, 11:00 (GMT +4)
Bakı, 24 noyabr, SalamNews, A.Kərimov. Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
SalamNews xəbər verir ki, tədbirə 89 ölkənin 200-dən çox nümayəndəsi qatılıb. Daha 29 ölkə isə öz səsvermə hüququnu Konqres iştirakçılarına həvalə edib. İCF-in növbəti illər üçün taleyini quruma üzv olan 159 ölkədən 118-nin səsi həll edib. Proqrama əsasən, tədbirin ilk günündə Növbədənkənar Konqres keçirilib.
Konqresi İCF prezidenti Xose Perurena Lopez açıq elan edib. O, tədbir iştirakçılarını salamladıqdan sonra bu il ərzində kanoe ailəsində dünyasını dəyişənlərin xatirəsini yad etmək üçün 1 dəqiqəlik sükut elan olunub.
|