Nəsibə Zeynalovanın 100 illik yubileyi qeyd olundu
25 Noyabr 2016, 09:17 (GMT +4)
Azərbaycan Dövlət Musiqili Teatrında teatr və kino sənətimizin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibəti ilə yubiley gecəsi keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin Nəsibə Zeynalovanın 100 illik yubileyi haqqında sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuşdu. Mərasimdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, sənətkarın yaxınları, sənətsevərlər iştirak edirdi.
|