Bakıda internat məktəbinin 80 illik yubileyi keçirilib
04 Dekabr 2016, 12:29 (GMT +4)
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin 80 illik yubileyi qeyd olunub.
SalamNews xəbər verir ki, Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, deputatlar, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov 3 dekabr - Beynəlxalq Əlillər Gününün 80 illik tarixə malik internat məktəbində qeyd edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirərək burada tədris aparan müəllimlərin fədakar əməyindən danışıb.İnternat məktəbinin bir qrup əməkdaşına “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı təqdim edilib.
|