SalamNews-un əməkdaşı QMİ tərəfindən mükafatlandırılıb
08 Dekabr 2016, 17:31 (GMT +4)
Bakı, 8 dekabr, SalamNews. Bu gün Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının jurnalistlər üçün təşkil etdiyi iki həftəlik "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda treninqlər başa çatıb.
SalamNews xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin dini mövzuda maariflənməsinin vacib olduğunu söyləyib.
Tədbirdə seminarda iştirak edən jurnalistlər fikirlərini bölüşərək treninqlər zamanı dini mövzular barədə geniş məlumatlar əldə etdiklərini bildiriblər, gələcəkdə treninqlərin daha yüksək səviyyədə təşkil edilməsi barədə təkliflərini səsləndiriblər. Daha sonra treninqlərdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, treninqdə SalamNews İnformasiya Agentliyinin əməkdaşı Orxan Kərimov da iştirak edib.
|