Gənclər Təşkilatları Milli Şurasının illik hesabat tədbiri keçirilib
14 Dekabr 2016, 16:21 (GMT +4)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) illik hesabat tədbiri və üzvlərinin Məclisi keçirilib. Tədbirdə dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir dövlət himninin oxunması ilə başlayıb, ARGTMŞ-in hesabat xarakterli videoçarxı izlənib. Çıxış edən ARGTMŞ sədri Seymur Hüseynov təşkilatın 2016-cı il üzrə fəaliyyət hesabatını və 2017-2018-ci illər üzrə İnkişaf Strategiyasını təqdim edib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda həyata keçirilən gənclər siyasətindən bəhs edib, ARGTMŞ-ə fəaliyyətində uğurlar arzulayıb. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdir Vüsal Quliyev bildirib ki, ARGTMŞ-nin konfederativ qurum kimi fəaliyyət göstərməsi müsbət bir ənənədir.
|