Fransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində olub
11 Yanvar 2017, 16:00 (GMT +4)
Fransa Respublikasının nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində (UFAZ) olub.
Təhsil naziri Mikayıl Cabbarov, Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin İnkişaf və Frankofoniya məsələləri üzrə Dövlət katibi Jan-Mari Lö Quen,Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis Fransız-Azərbaycan Universitetində (UFAZ) tələbələrlə görüşüb.
Görüş çərçivəsində, həmçinin Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis və Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlının iştirakı ilə universitetlərarası əməkdaşlığa dair anlaşma sənədləri imzalanıb.
|