Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hesabat verib
29 Yanvar 2017, 09:01 (GMT +4)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabat konfransı keçirib. Toplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev şəffaflıq və hesabatlılığın rəhbərlik etdiyi qurumun ən vacib prinsiplərindən olduğunu vurğulayıb: “Şura kollegial orqan olaraq bu gün 2016-cı ildəki fəaliyyətinə dair ictimaiyyət qarşısında geniş hesabatla çıxış edir. Ötən il Şura QHT-lərin 556 layihəsinin maliyyələşdirilməsinə 5 369 535 manat vəsait ayırıb. Bu layihələrin icrasına 2018 nəfər işçi cəlb olunub. 45 televiziya verilişi, 29 sosial çarx, 25 film çəkilib, 23 sayt yaradılıb. Maliyyələşən layihələr üzrə ölkənin 54 şəhər və rayonlarında müxtəlif tədbirlər həyata keçirilib”.
|